Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda satışda olan kərə yağlarının əksəriyyəti “yerli istehsal” adı ilə təqdim olunsa da, onların əslində xaricdən gətirilən və emal edilərək qablaşdırılan qarışıq məhsullar olduğu bildirilir.
İqtisadçı Akif Nəsirlinin iddiasına görə, bu məhsulların tərkibinə bəzən 40 faizə qədər palma yağı əlavə olunur.
Bəs palma yağı ilə qarışdırılmış kərə yağı orqanizmə necə təsir edir?Tərkibində palma yağı olan məhsulları müntəzəm istifadə edən insanlarda hansı sağlamlıq problemləri yarana bilər?
“Yeni Sabah” məsələni mütəxəssislərlə müzakirə edib. Qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova
Palma yağının istifadəsi də məhz bu səbəbdəndir ki, həmin məhsulların xarab olma vaxtı gecikir, rəf ömrü uzun olur, daha ucuz xammaldan başa
Ona görə də çox istifadə olunur. Bəzi ölkələrdə bu yağdan istifadə edilsə də, uşaq qidalarına qatılması qadağan edilmişdir.
Avropa qida təhlükəsizliyi agentliklərindən birinin apardığı araşdırmaların nəticəsinə nəzər salsaq, 2016-cı ildə qeyd olunmuşdur ki, gündəlik, davamlı olaraq hər bir qidada palma yağından istifadə edən insanlarda normadana artıq istifadə səbəbindən sağlamlıq problemləri ilə üzləşirlər.