Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin dini mərkəzi sayılan Eçmiədzində mitinq planlaşdırır.
Paşinyan özü sosial şəbəkələrdə verdiyi açıqlamada bu prosesə işarə edib.
Mitinqin iyulun 22-də bütün ermənilərin katolikosu II Qareginin iqamətgahının qarşısında keçirilməsi gözlənilir.
Ekspertlərə görə, Paşinyanın bu təşəbbüsünün əsas məqsədi II Qaregini Eçmiədzindəki rəsmi iqamətgahından uzaqlaşdırmaqdır.
Paşinyan mitinq iştirakçılarının sayının 10 minə çatdırılmasını tapşırıb.
Müxalifət və kilsə rəsmiləri mitinqi təxribat, həmçinin hücum kimi qiymətləndirib.
Yerli mətbuatın məlumatına əsasən, mitinqdə xüsusi təyinatlı qüvvələrin mülki geyimdə iştirakı, eyni zamanda "Yerkrapa" könüllü dəstələrinin cəlb olunacağı gözlənilir.