Kilsə Qarabağ mövzusuna burun soxduğunu etiraf edir

26.06.2025

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Erməni kilsəsi erməni xalqının başının bəlası olmaqla yanaşı, həm də fəalkətlərinin memarıdır.

Tribunainfo.az xəbər verir ki, zaman-zaman erməni kilsəsi öz xalqını, dindaşlarını boş ideyalar və nağıllar uğruna qırğına verib.

Son zamanlar Qarabağ məsələsinə də girişən (bundan əvvəl də prosesdə əsas rol almışdı-red.) kilsə, etiraf edir ki, bu mövzunu qabartmaq üçün dəridən-qabıqdan çıxır. Eçmiəzdin kilsəsinin Xarici Əlaqələr və Protokol Departamentinin direktoru, arxiyepiskop Natan Hovhannisyan bildirib ki, kilsə bütün səviyyələrdə, xüsusilə Qarabağ məsələsində çox böyük “diplomatik iş” görüb. “Bu dövrdə həm Azərbaycanda, həm də Ermənistanda Qarabağ məsələsi çox həssaslaşıb. Hər iki tərəfdən də oxşar reaksiyalar var. Bilmirəm niyə, amma Qarabağ haqqında danışmaq yavaş-yavaş bizim üçün tabuya çevrilir”.

Fərda Uğur

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью