Kilsə siyasi partiyaya çevrilib bu, qəbuledilməzdir Paşinyan

15.12.2025

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katalikosu II Qareginlə “müharibəni” davam etdirir.
Modern.az-ın məlumatına görə, Nikol Paşinyan Facebook-da paylaşdığı videoda bildirib ki, Ermənistandakı adi kilsələrdə mənəvi mövzularda moizələrə çoxdan rast gəlinmir.
O keşişləri siyasiləşməkdə ittiham edib.

"Onlar siyasi mətnlər yazırlar. Kilsə siyasi partiyaya çevrilib ki, bu da qəbuledilməzdir. Mən bu hadisədən xəbərsiz idim; mənə hazırkı kilsə rəhbərinin (II Qaregin-red.) hava limanında "İnsanlar haradadır?" deyə soruşduğunu göstərdilər. Amma orada heç kim yoxdur. İnsanlar yoxdur, çünki o, xalqla birlikdə deyil, çünki onları kilsədən uzaqlaşdırıb", - deyə Paşinyan qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью