Kilsədə baş verən atışma zamanı ölənlərin sayı artdı

29.09.2025

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, ABŞ-nin Miçiqan ştatının Qrand Blank şəhərində kilsədə atışma baş verib.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, atışma zamanı həlak olan və yaralanan şəxslərin sayı artıb.

Belə ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 17 nəfər isə xəsarət alıb.

Qeyd olunub ki, ölən şəxslərin sayı daha da arta bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью