Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Ekvadorda keşiş faciəvi şəkildə ölüb.
Modern.az xarici KİV-ə istinadla bildirir ki, hadisə Quayakil şəhərində yerləşən Katolik Kilsəsinin Daimi Yardımçı Məryəm Ana kilsəsində baş verib.
Məlumata görə, gündəlik ayin sosial şəbəkələrdə canlı yayımlanırmış. Yayımın 27-ci dəqiqəsində divara bərkidilmiş xaç qəfil yerindən qoparaq keşişin üzərinə düşüb.
İbadət dərhal dayandırılıb. Hadisə yerində olanlar təcili tibbi yardım çağırıb və yaralıya kömək etməyə çalışıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Daha sonra Quayakil arxiyepiskopluğu din xadiminin vəfat etdiyini təsdiqləyib. Ölən Ata Patrisio həmin kilsənin keşişi olub.
Xaçın bərkidildiyi yerdən qopmasının səbəbləri hələlik məlum deyil. Yoxlamanın nəticələri və təhlükəsizlik tələblərinin pozulub-pozulmadığı barədə rəsmi məlumat verilməyib.