Kilsəyə atəş açan şəxs öldürülüb

14.07.2025

Icma.az bildirir, Reyting.az portalına istinadən.


ABŞ-nın Kentukki ştatının Leksinqton şəhərində baptist kilsəsinə atəş açan silahlı şəxs öldürülüb.
Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Yerli “Lexington Herald-Leader” qəzetinə istinadla yayılan məlumatda qeyd olunur ki, silahlı şəxs əvvəlcə Kentukki ştatının Blue Grass hava limanı yaxınlığında polis əməkdaşına atəş açıb. Daha sonra o, hava limanından 27 kilometr aralıda yerləşən baptistlərin kilsəsinə gedərək burada ibadətə toplaşanlara atəş açıb. Polisin müdaxiləsi onun zərərləşdirilməsi ilə nəticələnib.
V. QULİYEV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью