Kim Çen In 100 yaşını qeyd edən qadına görün nə hədiyyə etdi

27.12.2024

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

Şimali Koreya lideri Kim Çen In 100 yaşını qeyd edən qadını təbrik edib.

Publika.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

Kim Çen In ona “bayram süfrəsi” göndərib.

"Rayon partiya komitəsinin rəhbər işçiləri və həmkəndliləri nənəni təbrik edib, sevinclərini onun ailə üzvləri ilə bölüşüblər", - agentliyin məlumatında deyilir.

Onilliklər ərzində kənd təsərrüfatı işləri ilə məşğul olan qadının Cənubi Hamqyonq əyalətinin Kymya rayonunun Çoyn kəndində yaşadığı dəqiqləşir.

Tural

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью