Kim Çen In 140 kilo olub

01.10.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Şimali Koreya lideri Kim Çen In qurman (yağlı və ləzzətli) yeməklərinə olan sevgisi səbəbindən həddindən artıq piylənmədən əziyyət çəkir və onun çəkisi 140 kiloqrama çatıb.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Cənubi Koreya kəşfiyyatı məlumat yayıb. 

Kəşfiyyat orqanları həmçinin qeyd edir ki, Şimali Koreya lideri çox siqaret çəkir ki, bu da onda ürək-damar xəstəlikləri riski yaradır. 

“Der Spiegel”in yazdığına görə, Cənubi Koreya Kim Çen Inın vəziyyətini yaxından izləyir. Çünki bu, milli təhlükəsizlik məsələsi hesab olunur. Onun səhhətindəki hər hansı bir dəyişiklik regiondakı vəziyyətə təsir göstərə bilər.

Lakin səhhəti Şimali Koreya liderinə fiziki aktivliyini  saxlamağa mane olmur. Kim Çen Çın pilləkənlərdən heç bir nəzərəçarpacaq çətinlik çəkmədən qalxa bilir.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью