Kim Çen In boşanmış cütlükləri əmək düşərgəsinə göndərir

30.12.2024

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Şimali Koreya lideri Kim Çen In boşanan cütlüklərin "günahlarının əvəzini ödəmək" üçün əmək düşərgələrinə göndərilməsini əmr edib. 

"Cebheinfo.az" xəbər verir ki, boşanma antisosialist bir hərəkət kimi qiymətləndirildiyi üçün boşanan cütlüklərin altı aya qədər düşərgədə işləməsini istəyir. Ölkədəki mənbənin sözlərinə görə, son vaxtlara qədər yalnız boşanmaq üçün müraciət edən həyat yoldaşı cəzalandırılırdı və bu, hətta fiziki zorakılığa məruz qalan ər-arvad üçün də belə idi. Ancaq yeni təcrübə ilə boşanma qərarı yekunlaşdıqdan sonra hər iki ər-arvad həbs cəzası ilə üzləşəcəklər. 

2020-ci ildən ölkədə boşanmalar sürətlə artıb. COVID-19 epidemiyasının başlaması ilə ölkə tamamilə karantinə alınıb və əksər ailələr dolanmaqda böyük çətinliklərlə üzləşiblər. İqtisadi vəziyyətin pisləşməsi bir çox nikahların sona çatmasına gətirib çıxardı ki, hökumət bu təlatümlü dövrdə evli cütlüklərin ayrılmasının qarşısını almaq üçün boşananları cəzalandırmağa başladı. Ötən il dövlət xüsusilə qadınlar arasında boşanmaların qarşısını almaq üçün maarifləndirmə kampaniyasına başlayıb. 

Nigar 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью