Kim Çen In Çinə elan olunmamış səfər edib

24.10.2026

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şimali Koreya lideri Kim Çen In Çinə elan olunmamış səfər edib.

“Yonhap” xəbər verir ki, Kim Çen İn bir az əvvəl Çinin Lioninq vilayətinin Dandonq bölgəsinə gəlib.

Onun Çinə səfərinin iki ölkə sərhədində yerləşən Yeni Yalu Çayı Körpüsü vasitəsilə baş tutduğu bildirilib.

Yeni Yalu Çayı Körpüsü Çin ilə Şimali Koreya arasındakı dövlət sərhədində yerləşir və iki ölkəni birləşdirən əsas quru sərhəd-keçid məntəqəsidir.

Səfərlə bağlı ətraflı məlumat verilməyib.

Qeyd edək ki, son günlər Kim Çen İn-in ölməsi ilə bağlı beynəlxalq mətbuatda xəbərlər yayılmışdı.

AzPost.az

Post navigation

Previous: Neftimizin qiyməti 127 dollara yaxınlaşır

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью