Kim Çen In hesab edir ki, ABŞ Ukraynadakı münaqişəni gücləndirir

30.11.2024

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şimali Koreya lideri Kim Çen In Rusiyanın müdafiə naziri Andrey Belousovla görüşündə ABŞ-ın məsuliyyətsiz addımlar ataraq Ukraynadakı münaqişəni uzatdığını və gərginləşdirdiyini bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

“Yoldaş Kim Çen In Ukraynada hər gün daha da pisləşən vəziyyətin inkişafından ciddi narahatlığını ifadə edərək, ABŞ-ın son vaxtlar həyata keçirdiyi anti-Rusiya tədbirlərinin münaqişəni uzadan və bütün ölkəni təhdid edən, insanlıq əleyhinə məsuliyyətsiz addımlar olduğu mövqeyi tutduğunu deyib”, - deyə KCNA-nın məlumatında qeyd edilir.

Kim Çen Inın sözlərinə görə, bu cür hərəkətlər “beynəlxalq ictimaiyyət tərəfindən pislənməlidir”.

Rusiya prezidenti Vladimir Putinin noyabrın 21-də deyib ki, ABŞ və onun NATO müttəfiqləri daha əvvəl uzunmənzilli dəqiq silahlardan istifadəyə icazə verdiklərini bəyan etmişdilər, bundan sonra Amerika və Britaniya raketləri Kursk və Bryansk vilayətlərində Rusiya hərbi obyektlərinə hücum etmişdi. Putin qeyd edib ki, Rusiya bu hücumlara cavab olaraq ilk dəfə Rusiyanın ən yeni qeyri-nüvə orta mənzilli ballistik raketləri olan “Oreşnik”dən istifadə edib, onlar Ukraynanın hərbi-sənaye kompleksinin obyektində – Dneprdəki “Yujmaş” zavodunda buraxılıb. Rusiya lideri vurğulayıb ki, münaqişənin daha da genişlənəcəyi təqdirdə Qərbin təxribatçı siyasəti onlar üçün ağır nəticələrə səbəb ola bilər.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью