Kim Çen In ingilis klublarının oyunlarına baxmağı qadağan edir..? | Icma.az
Sia Az saytına istinadən Icma.az xəbər verir. Şimali Koreya liderindən daha bir qəribə qadağa… Şimali Koreyanın lideri Kim Çen In İngiltərən
SİA-nın əldə etdiyi məlumata görə, bunu “The Sun” xəbər verir.
Diktator rejimi mənfur Cənubi Koreyadan olan oyunçuların daxil olduğu komandaların oyunlarını yayımlamağa icazə vermir.
Məsələ bundadır ki, ingilis klubunun kapitanı Cənubi Koreyalı ulduz Son Heunq Mindir.
Qeyd edək ki, Şimali Koreyalılar İngiltərə Premyer Liqasının (APL) matçlarını axşam xəbərlərindən əvvəl izləyə bilirdilərsə, indi London klubunun oyunları onların ekranlarından silinib.
Yeri gəlmişkən, fevralın 16-da “Tottenhem” Kim Çen In-ın sevimli klubu “Mançester Yunayted”lə qarşılaşacaq.
Keçən mövsüm Şimali Koreya yayımlarına hücumçu Xvanq Xi Çxanın çıxış etdiyi “Vulverxempton”un və müdafiəçi Kim Çji Sunun oynadığı “Brentford”un oyunları da yasaq edilib.
Bunu Amerikanın Stimson Mərkəzinin araşdırmaçıları bildiriblər.
Tam oxu
Xəbəri oxu