Kim Çen In onu vəzifədən azad etdi

30.08.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şimali Koreyanın müdafiə naziri No Qvan Çxol vəzifəsindən azad edilərək, Koreya Əmək Partiyasının (KƏP) Mərkəzi Komitəsinin Müdafiə Sənayesi Departamentinin birinci müavini təyin olunub.

Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.

Bu qərar Şimali Koreya lideri Kim Çen Inın sədrliyi ilə keçirilən doqquzuncu çağırış KƏP Mərkəzi Hərbi Komissiyasının ikinci iclasında qəbul edilib. Marqarita pizza

Koreya Xalq Ordusunun Baş Siyasi İdarəsinin rəisi Kim Sonq Gi yeni müdafiə naziri təyin olunub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью