Kim Çen In ordu göndərdi, Putin isə əvəzində ördək verdi... | Icma.az
Icma.az bildirir, Teleqraf.com portalına istinadən. Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina dostluq jesti kimi 70-
Bunlar Pxenyandakı zooparka göndərilib. Teleqraf.com xəbər verir ki, bu barədə “The Telegraph” yazır.
Qeyd olunur ki, heyvanların olduğu konteynerlər Moskva zooparkından Şimali Koreyaya göndərilib.
Ümumilikdə Putin Kim Çen Ina 1 şir, 2 ayı, 2 yak, 5 ağ kakadu, 25 qırqovul və 40 mandarin ördəyi verib.
Nəşr Rusiyanın ekologiya naziri Aleksandr Kozlovun sözlərindən sitat gətirib: “Heyvanlar tarixən dövlətlərarası münasibətlərdə mühüm yer tutub.
Bunlar dəstək, xeyirxahlıq və qayğı əlaməti kimi verilib”. Onun sözlərinə görə, Pxenyandakı zooparkın buna ehtiyacı var.
2004-cü ildə “Lonely Planet” Şimali Koreyanın paytaxt zooparkını “qaranlıq və darıxdırıcı yer” adlandırıb.
Həmçinin orada 5 minə yaxın heyvanın yaşadığı və onların bir çoxunun ağır şərtlər altında yaşadığı bildirilib.
Tam oxu
Xəbəri oxu