Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Bölük komandirlərinin əsas inqilabi vəzifəsi bölmələri üçün tam döyüş hazırlığına nail olmaqdır”
Koreya Xalq Ordusunun komandirləri ilə görüş zamanı Şimali Koreya lideri Kim Çen In ordu bölmələri üçün döyüş təliminin tamamlanmasını tələb edib. AYNA.AZ xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Şimali Koreya lideri bildirib ki, "Bölük komandirlərinin əsas inqilabi vəzifəsi bölmələri üçün tam döyüş hazırlığına nail olmaqdır və buna gedən yol davamlı və intensiv təlimlərdən keçir".
Kim Çen In həmçinin bildirib ki, komandirlər "möhkəm inqilabi əqidə və vətənpərvərliklə dolu" bölmələr yaratmalıdırlar və burada hər bir döyüşçünün "yüzə dəyərdir".