Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun komandirləri ilə görüşdə ordu bölmələri üçün döyüş təliminin başa çatdırılmasını tələb edib.
Bakıvaxtı.az xəbər verir ki, onun sözləri Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) tərəfindən yayılıb.
"Bölük komandirlərinin əsas inqilabi vəzifəsi bölmələrinin tam döyüş hazırlığına nail olmaqdır və buna gedən yol davamlı və intensiv təlimlərdən keçir", - deyə KXDR lideri bildirib.
Kim Çen In həmçinin bildirib ki, komandirlər hər bir döyüşçünün "yüzə bərabər" olduğu "möhkəm inqilabi əqidə və vətənpərvərliklə dolu" bölmələr yaratmalıdırlar.