Kim Çen In Putinə döyüş salamı göndərib

01.03.2025

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fevralın 27-də keçirilən görüşdə Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Li Hee Yon Koreya Xalq Demokratik Resbublikasının (KXDR) lideri Kim Çen Inın hərbi salamlarını Rusiya prezidenti Vladimir Putinə çatdırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

“Yoldaş prezident Putin KXDR-in dövlət işləri üzrə sədri yoldaş Kim Çen Ina ən xoş sözlərini və xoş arzularını çatdırmağı xahiş edib. Yoldaş Li Heeon Kim Çen Inın Vladimir Putinə göndərdiyi hərbi salamları hörmətlə çatdırıb”, - deyə KCNA xəbər verir.

Agentlik qeyd edib ki, görüş mehriban, yoldaşlıq şəraitində keçib. KCNA xəbər verir ki, Putin KXDR-in Rusiyaya verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Onun sözlərinə görə, Rusiya prezidenti görüşdə iki ölkəni “möhkəm hərbi yoldaşlıq bağları və gözəl dostluq ənənələri” ilə birləşdirdiyini bildirib.

Putin 2024-cü ilin iyun ayında hərtərəfli strateji tərəfdaşlıq sazişinin imzalanması ilə ikitərəfli münasibətlər üçün tarixi bir il olduğunu deyib.

Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov mətbuata bildirib ki, Putin Kremldə Li Hee-Yonu qəbul edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью