Kim Çen In termonüvə müharibəsi təhlükəsindən danışdı Yeni Çağ Media

22.11.2024

Yenicag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Koreya yarımadasındakı çətin vəziyyət ən dağıdıcı termonüvə müharibəsinə gətirib çıxara bilər”.

Yenicag.az KCNA-ya istinadən xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In deyib.

Onun sözlərinə görə, yarımadada münaqişə tərəfləri heç vaxt belə təhlükəli və kəskin qarşıdurmada olmayıb.

KXDR sədri vurğulayıb ki, ABŞ-lə aparılan danışıqlar Pxenyanı Amerika tərəfinin dəyişməz düşmənçilik siyasətinə yalnız inandırıb. Kim Çen In əlavə edib ki, Vaşinqton öz strateji aktivlərini və müttəfiqlərinin qüvvələrini yerləşdirməklə təzyiqləri və təxribat səviyyəsini artırır.

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью