Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
KXDR lideri Kim Çen Inın iştirakı ilə Şimali Koreya hipersəs raket sisteminin sınağını keçirib.
KONKRET.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Məlumata görə, raket oktyabrın 3-də ölkənin şərqindən Şərqi Koreya (Yaponiya) dənizi istiqamətində buraxılıb və təxminən 1 000 kilometr məsafədə yerləşən hədəfi vurub.
KCNA sınağın hipersəs strateji silah sistemlərini idarə edən hərbçilərin hazırlığını yoxlamaq, həmçinin ölkənin çəkindirmə vasitələrinin etibarlılığını, effektivliyini və mobilliyini qiymətləndirmək məqsədi daşıdığını bildirib.
Kim Çen In sınağı şəxsən izləyib. O, hərbçilərin yüksək peşəkarlıq nümayiş etdirdiyini və strateji hücum vasitələrinin etibarlılığı ilə dağıdıcı gücünün düşmənlərə dəfələrlə göstərilməsinin vacibliyini vurğulayıb.
KONKRET.az