Kim Çen Indan KRİTİK ÇAĞIRIŞ Gərginlik pik həddə çatdı, müharibəyə hazır olun

18.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.

Şimali Koreya lideri Kim Çen In Koreya ordusunun zabitlərini müharibəyə hazırlaşmağa çağırıb.

Publika.az xəbər verir ki, bu barədə KCNA xəbər agentliyi məlumat yayıb.

Şimali Koreya lideri zabitlərin iclasında çıxış edərək, ağır beynəlxalq vəziyyətdən danışıb.

Kim Çen In vurğulayıb ki, hazırda ABŞ və Qərb Rusiyaya qarşı müharibə aparır. Və bu döyüşdə “zərbə qüvvəsi” Ukraynadır. O, həmçinin hesab edir ki, yaxın gələcəkdə amerikalılar Cənubi Koreyanın köməyi ilə KXDR-ə hücuma hazır olacaqlar. Onun fikrincə, Koreya yarımadasında vəziyyət hazırda maksimum gərginliyə çatıb.

Şimali Koreya lideri zabitlərin diqqətinə çatdırıb ki, onlar batalyonların təliminə “ürəklərini və canlarını sərf etməlidirlər”. Beləliklə, Silahlı Qüvvələr tam döyüş hazırlığı vəziyyətində olacaq və istənilən tapşırıqları yerinə yetirə biləcək.

Hüseyn İbadlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью