Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şimali Koreya lideri Kim Çen In hakimiyyəti irsi qaydada qızına - 13 yaşındakı Kim Çu E-yə ötürə bilər. Bu barədə “Associated Press” agentliyi özəl mənbələrə istinadla məlumat yayıb. “İnsanlar düşünürlər ki, Çu E onların monarxı olacaq”, - Kim Yu Mi adlı xaricdə yaşayan koreyalı qadın agentliyə deyib. Mənbənin məlumatına görə, Şimali Koreyanı tərk edənlərin əksəriyyəti Kim Çen Inın qızını atasının ən real varisi hesab edir. “Kim Çu E-nin çiyinlərindən aşağı uzanan uzun saçları var, hündürdaban ayaqqabılar geyinir və böyüklər kimi geyinir. Halbuki Şimali Koreyada adi yeniyetmələrə belə geyim tərzinə icazə verilmir”, - məlumatda qeyd olunur.
XQ