Kim Çen İnin bacısı bu səfirliyi bağlatdırır

24.11.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şimali Koreyanın Xarici İşlər Nazirliyinə İsveçrənin Pxenyandakı diplomatik nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi məsələsini nəzərdən keçirməyi təklif edəcəyəm.

Axar.az xəbər verir ki, bunu KXDR lideri Kim Çen İnin bacısı Kim Yo Conq deyib.

“İsveçrə Konfederasiyasının KXDR-in dövlət suverenliyinə və vətəndaşlarının qanuni hüquqlarına hörmət etmədiyini açıq şəkildə bəyan etməsi fonunda münasibətlərin yaxşılaşdırılması bəhanəsi ilə Pxenyanda açılmış İsveçrə diplomatik nümayəndəliyinin fəaliyyətini davam etdirməsi üçün əsaslar aradan qalxıb”, – o bildirib.

Qeyd edək ki, bu açıqlamaya Şimali Koreyada yerləşən “Sondovon” beynəlxalq uşaq düşərgəsinə qarşı tətbiq edilən sanksiyalar səbəb olub. Sözügedən sanksiyalar Pxenyanla Qərb ölkələri, xüsusilə də İsveçrə arasında diplomatik gərginliyin artmasına gətirib çıxarıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью