Kim Çen Inın bacısı İsveçrə ilə bağlı bunu tələb etdi

24.11.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Koreya Xalq Demokratik Respublikası (KXDR) lideri Kim Çen Inın bacısı Kim Yo Conq İsveçrənin Pxenyandakı diplomatik nümayəndəliyinin bağlanması məsələsinə baxılmasını təklif edib.
Bizim.Media xəbər verir ki, bu barədə Kim Yo Conqun Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) tərəfindən yayılan bəyanatında bildirilib.
O, İsveçrə hakimiyyətinin KXDR-ə qarşı atdığı addımları ölkənin suverenliyinin pozulması kimi qiymətləndirib.
Kim Yo Conq bildirib ki, Xarici İşlər Nazirliyinə İsveçrə diplomatik nümayəndəliyinin Pxenyandan çıxarılması məsələsini nəzərdən keçirməyi və müvafiq tədbirlər görməyi tövsiyə edəcək.
O, həmçinin iki ölkə arasındakı münasibətlərə yenidən baxılmasının vacibliyini vurğulayıb.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью