Kim Çen Inın hamıdan gizlətdiyi oğlu var?

10.09.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NIS) Şimali Koreya lideri Kim Çen Inın oğlunun olub-olmadığını müəyyən etmək məqsədilə araşdırmaya başlayıb.

“Cebheinfo.az” xəbər verir ki, NIS bütün iddialara baxmayaraq, Şimali Koreya lideri Kim Çen Inın qızı 2013-cü il təvəllüdlü Kim Cu Aeni ölkənin ən ehtimal olunan varisi hesab etdiyini bir daha təsdiqləyib.

Bildirilib ki, Kim Çen Inın oğlunun olub-olmadığı araşdırılır, həmçinin Kim Cu Aenin böyük qardaşının mövcudluğu dəqiqləşdirilməyə çalışılır.

Qeyd olunub ki, belə bir şəxs mövcud olsa belə, hazırkı şəraitdə onun atasının varisi olması ehtimalı zəifdir. NIS həmçinin Kim Çen Inın cinsiyyəti hələ təsdiqlənməmiş daha kiçik bir övladının da ola biləcəyini irəli sürüb.

Cənubi Koreya mediasında isə 42 yaşlı Kim Çen Inın varisini müəyyən etmək üçün hələ kifayət qədər gənc olduğu və bu məsələdə tələsməyəcəyi barədə fikirlər səsləndirilib.

Qeyd edək ki, Kim Cu Aen 2022-ci ildə ilk dəfə dövlət mediasında göründükdən sonra hərbi paradlar, raket sınaqları və digər rəsmi tədbirlərdə atasını müşayiət etməsi ilə diqqət çəkir.

NIS 2024-cü ilin yanvarında da onu Şimali Koreyanın ən ehtimal olunan varisi kimi qiymətləndirmişdi.

Əfsanə 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью