Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Şimali Koreya lideri Kim Çen In ilə bu il görüşməyi planlaşdırdığını bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Müvafiq suala cavab verən Ağ Ev rəhbəri “Mən bunu edəcəyəm” deyə qeyd edib.
Tramp KXDR lideri ilə çox yaxşı münasibətlərinin olduğunu vurğulasa da, onunla məktublaşıb-məktublaşmadığı barədə təfərrüatları açıqlamaqdan imtina edib.
“Bunu sizə deyə bilmərəm”, – deyə ABŞ lideri deyib.
Xatırladaq ki, avqustun 18-də Tramp Kim Çen Inın birbaşa dialoqu bərpa etmək təklifinə cavab verdiyini bildirmişdi. Cavabın məzmununu açıqlamasa da, o, bu təması “çox müsbət” adlandırıb. Bu fonda ABŞ Dövlət Departamenti Pxenyanla əvvəlcədən heç bir şərt irəli sürmədən danışıqlara hazır olduğunu təsdiqləyib, Pentaqon isə Trampın ABŞ və Cənubi Koreyanın birgə təlimlərini azaltmaq barədə sərəncamının icrasına başlayıb.