Kim Çen orduya Rusiya ilə bağlı əmr verdi İlk dəfə

28.04.2025

Icma.az, News24 portalına istinadən məlumat verir.

Şimali Koreya ilk dəfə Ukrayna ilə münaqişədə Rusiyaya dəstək üçün qoşun göndərdiyini rəsmən təsdiqləyib.

News24.az Globalinfo.az - a istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

“Bu, Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində baş verib. Şimali Koreya hərbçiləri bir neçə ay ərzində Kursk vilayətinin azad edilməsinə kömək ediblər. Əməliyyat uğurla başa çatıb”, – deyə bildirilib.

Agentlik əlavə edib ki, silahlı qüvvələrin bölmələri dövlət başçısı Kim Çen Inın əmrinə uyğun olaraq əməliyyatda iştirak ediblər:

“Pxenyanda Kursk vilayətində döyüşmüş koreyalıların şərəfinə abidə ucaldılacaq, ailələrinə dəstək veriləcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью