Kim Çen Putinə “hərbi salam”ını çatdırdı

01.03.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyada səfərdə olan Şimali Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Siyasi Büro üzvü Li Hi Yön fevralın 27-də Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Putin KXDR lideri Kim Çen İnə ən səmimi salamlarını və xoş arzularını çatdırmağı xahiş edib.

Li Hi Yön isə Kim Çenin “hərbi salamlarını” çatdırıb.

Putin deyib ki, Kim Çen İn iki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişafına böyük diqqət yetirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью