Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şimali Koreya lideri Kim Çen İn Rusiya və Şimali Koreya arasındakı münasibətləri şərh edib.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə məlumat Koreya Mərkəzi Teleqraf Agentliyi (CTAK) yayıb.
Kim Çen İn xarici hərbi əməliyyatların qəhrəmanlıq muzeyinin tikintisinin başlanğıc mərasimi zamanı bildirib ki, Rusiya-Şimali Koreya dostluğu “tarixin sərt fırtınalarında əbədilik gücünü qazanıb”. O, əlavə edib ki, bu gün iki dövlət arasındakı münasibətlər tarixi zirvəsinə çatıb.
Lider vurğulayıb ki, ortaq döyüşlər Rusya və Şimali Koreya münasibətlərini daha da möhkəmləndirib və “hakimiyyət və despotizm” çağırışları Moskva ilə Pxenyan arasındakı əlaqələrin inkişafını dayandıra bilməyəcək.