Kim Çen Rusiyaya daha 3 min əsgər göndərdi

27.03.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cənubi Koreya ordusu Şimali Koreyanın yanvar və fevral aylarında Rusiyaya daha 3 min əsgər göndərdiyini açıqlayıb.

Axar.az xəbər verir ki, Cənubi Koreya Baş Qərargahının məlumatına görə, Pxenyan daha əvvəl Rusiyaya 11 minə yaxın əsgər göndərib, onlardan 4 mininin isə həlak olduğu və ya yaralandığı bildirilir.

Şimali Koreyanın Rusiyaya yaxın mənzilli ballistik raketlər, 220 ədəd 170 mm-lik artilleriya sistemi və 240 mm-lik raketatarlar da daxil olmaqla, hərbi texnika tədarükünü davam etdirdiyi qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью