Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Koreya yarımadasında və regionda qüvvələr paritetinin pozulması dərhal müharibə demək olardı və buna görə də Pxenyanın nüvə qüvvələrini gücləndirmək xətti yeganə düzgün seçimdir.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen İnin bacısı Kim Yo Çjon deyib.
O, regionda hərbi təlim keçirən ABŞ, Cəbubi Koreya və Yaponiyanı hədələyib:
“Bu cür təhlükəli hərbi təlimlərin əhəmiyyətli dərəcədə artması təkcə dövlətimizin deyil, regionun sülh və təhlükəsizliyinə ciddi təhdid yaradıb”.