Kim Çenin gözü qabağında ağır qəza

22.05.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Şimali Koreyada yeni gəmi suya salınan zaman zədələnib.

Axar.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə mayın 21-də Çxoncin şəhərində Şimali Koreya lideri Kim Çen İnin də iştirak etdiyi mərasim zamanı baş verib.

“Gəminin işə salınması zamanı ciddi qəza baş verib. Səriştəsiz idarəetmə və nəzarətdə ehtiyatsızlıq ucbatından onun paralel hərəkəti təmin olunmayıb. Nəticədə gəminin tarazlığı pozulub, onun bəzi hissələri sıradan çıxıb. Kim Çen qəzanın bütün prosesini müşahidə edərək, baş verənlərin yolverilməz ağır qəza, məsuliyyətsizlik nəticəsində törədilmiş cinayət olduğunu qiymətləndirib”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью