Kim dumanda daha yaxşı görür: Sürücü, radar, yoxsa lidar?

12.10.2026

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən həftə Belçikada baş verən qəza müasir avtomobillərin təhlükəsizliyi ilə bağlı məsələni bir daha müzakirə mövzusuna çevirib.
Avtosfer.az xəbər verir ki, dumanlı havada 9 avtomobil toqquşub.

Maraqlıdır ki, maşınlar təzə olub və müasir radar, lidar və digər yardımçı vasitələrlə komplektləşdirilib.

Bəs bu halda zəncirvarı qəzaya səbəb nə olub?
Tədqiqatlar göstərir ki, dumanlı havada sürücü

tez yorulur və sürəti yaxşı hiss etmir. Ən əsası isə təqib etdiyi avtomobillə olan ara məsafəsini düzgün seçə bilmir. 

İşin daha pis tərəfi budur ki, belə hallarda radar və detektorlar da sürücüyüə kömək edə bilmir.

Onlar insan xətasını düzəltmir, əksinə vəziyyəti ağırlaşdırır.

Sürücülər bir məsələni unudurlar ki, dumanlı havada kameranın ayırdetməsi insan gözündən geri qalır.

Radarlar duman və çiskində siqnal göndərsə də, yalnız iri obyekti müəyyən edir. Lidar onların hər ikisindən yaxşı işləsə də, dumanda işə yaramır.

Çünki şüalar su damlalarında əks olunaraq yalançı exo yaradır.

Daha pis məqam isə psixoloji effektdir.

Texnologiya bolluğu sürücünü arxayınlaşdırır və onun yola diqqəti azalır.

Yardımçı vasitələrə ifrat arxayınlıq çox vaxt arzuolunmaz nəticələr doğurur.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью