Kim geri çəkildi: İran, yoxsa ABŞ?

06.02.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-İran münasibətləri ətrafında çox maraqlı proseslər cərəyan edir. 

ABŞ iləİran arasında eskalasiyanın artdığı bir zamanda Vaşinqton və Tehranın hər hansı bir üçüncü ölkədə danışıqlara razılıq verməsi bu məsələdə önəmli məqamlardan xəbər verir. 

Hazırkı proseslər onu deməyəəsas verir ki, hər iki tərəf toqquşmalarda maraqlı deyil. Belə ki, fevralın 6 – da Omanın paytaxtı Maskatda ABŞ iləİran rəsmiləri arasında danışıqların keçirilməsi gözlənilir. 

Bəzi KİV-lərin məlumatlarına görə, məhz Körfəz ölkələrinin rəhbərləri Tramp administrasiyasını Omanda İranla danışıqlara razı salıblar. Bu görüşdəəsasən nüvə proqramı ilə bağlı məsələ müzakirə olunacaq. Ən diqqəti cəlb edəcək məsələ isə ABŞ-ninİrana güzəştidir. 

Qeyd edək ki, Vaşinqton İranla danışıqlarda 3 əsas tələbi olsa da,  2 tələbini geri çəkib. Ballistik raket proqramına məhdudiyyətlər vəİranın regional qruplara (“Hizbullah”, Husilər və s.) maliyyələşdirilməsinindayandırılması məsələsi danışıqların gündəliyinə daxil deyil. 

Maraqlıdır, dünyanın supergücü hesab olunan ABŞ necə ola bilər ki, İranla bağlı məsələlərdə güzəştə getsin? 

Vaşinqtonun İrana güzəştə getməsinin səbəbi nə ilə bağlı ola bilər? Ümumiyyətlə, Tramp administrasiyası İranla danışıqlarda hansı manevrlərəəl atmaq istəyir? 

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cümhuriyət” qəzetinəşərhində qeyd edib ki, Vaşinqton İranla danışıqlar masasında diplomatik manevrlər etmək niyyətindədir:

“Qeyd edilənlər ABŞ-nin geri çəkilməsi təəssüratı yaratsa da, əslində, bu, supergücün diplomatik manevr qabiliyyətinin göstəricisidir. ABŞ üçün güzəşt zəiflik deyil, strateji üstünlük əldə etməyin bir vasitəsidir. 

ABŞ-nin güzəştə getməsinin əsas səbəbi nüvə proqramına diqqətin cəmləşdirilməsidir. Vaşinqton üçün İranın nüvə fəaliyyətinin məhdudlaşdırılması prioritet məsələdir və ona görə də ballistik raketlər, regional qüvvələr məsələsi texniki baxımdan ikinci plana keçib. 

Bu strategiya ilə ABŞ dialoqu minimal və fokuslu saxlayır, həmçinin İranın görüşdən və danışıqlardan geri çəkilməməsini təmin etmiş olur. Görüşün əvvəl Türkiyədərazılaşdırılmasına baxmayaraq, Omanda, yəni əslindəİran üçün daha komfortlu bir məkanda keçirilməsinə razılıq verilməsi dəəslində eyni məqsədə xidmət edir. Bu isədialoqun baş tutmasını təmin etməyə vəİranı masada saxlamağa yönəlib”. 

Politoloqun sözlərinə görə, Tramp və onun administrasiyası İrana qarşı manevrlərini konkret sistem əsasında qurur:

“Tramp üçün ilkin problemli məsələlərin müzakirə edilməsi prioritet təşkil edir. 

Başqa sözlə desək, bu, ilk növbədə nüvə proqramını, sonra isə regional və hərbi məsələləri müzakirə etmək anlamına gəlir. İkincisi, Vaşinqton yalnız minimal güzəştlərlə dialoqa açıqdır, bu da ABŞ-yə həm nüvə proqramına nəzarəti qorumaq, həm dəİranı danışıqlara cəlb etmək imkanı verir. Nəhayət, görüşün Omanda keçirilməsi İranın iştirakı üçün real zəmin yaradır”.

R.Bayramov bildirib ki, Omanda keçirilməsi nəzərdə tutulan danışıqların baş tutması real görünür:

“Görüş yalnız nüvə proqramı üzərində fokuslanacaq, bu isə prosesin mürəkkəbliyini azaldır və hər iki tərəf üçün dialoqun məhsuldar olmasını artırır. Odur ki, Vaşinqton və Tehranın orta mövqeyə gəlməsi də qismən real görünür. 

ABŞ təbii ki, sərt nüvəşərtlərini qoruyacaq, lakin İranın nüvə proqramını müəyyən diplomatik çərçivədəməhdudlaşdırmaq üçün güzəştə gedə bilər”. 

R.Bayramov əlavə edib ki, ABŞ-nin bu addımları geri çəkilmək deyil:

“Sadəcə prioritet məsələnin həllinə nail olmaq üçün edilən manevrlərdir. Əsas hədəf nüvə proqramıdır. Tramp administrasiyası dialoqu minimal, fokuslu və mərhələli aparmaqla həm nüfuzunu, həm də təsir imkanlarını qoruyur. 

İranın güzəştlərə gedib-getməməsinə gəlincə, indiki mərhələdəİranın başqa yolunun qaldığını düşünmürəm”. 

Yunis Abdullayev
"Cebheinfo.az"

Açar sözlər: ABŞ-İran Rəşad Bayramov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью