Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
UEFA-nın saytının məlumatına görə, onlar Deklan Rays (Arsenal), Alessandro Bastoni (İnter), Robert Levandovski (Barselona) və Xviça Kvaratsxeliyadı (PSJ).
Rays “Real”la, Levandovski “Borussiya” (Dortmund) ilə oyunda dubl edib. Kvaratsxeliya “Aston Villa” ilə matçda 1 qol vurub. Bastoni isə “Bavariya” ilə oyunda müdafiədəki oyunu ilə diqqəti cəlb edib.
Həftənin ən yaxşı futbolçusu UEFA-nın saytında keçirilən səsvermə yolu ilə seçiləcək.