Kim Kardaşyan Şakiranın keçmiş sevgilisi ilə eşq yaşayır FOTO

02.02.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Erməniəsilli model Kim Kardaşyan məşhur kolumbiyalı müğənni Şakiranın keçmiş sevgilisi, yarış avtomobili sürücüsü Luis Hemiltonla görüşməyə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.
Məlumata görə, 31 yanvarda Kim Kardaşyan Los-Ancelesdən Böyük Britaniyaya şəxsi təyyarəsi ilə yola düşüb.
Model yarış sürücüsü ilə görüşmək üçün Kotsvoldsdakı Estelle Manor kənd otelində qalıb. Məşhurların "çox romantik" bir həftəsonu keçirdikləri və bu müddət ərzində təhlükəsizlik işçilərinin nəzarəti altında olduqları bildirilir.
 

Cütlüyün bazar günü yerli vaxtla saat 11-də ayrı-ayrı maşınlarla oteldən ayrıldığı bildirilir. Bir şahid həmçinin bildirib ki, Kim Kardashian ictimaiyyət arasında diqqətdən kənarda qalmağa çalışsa da, səkkiz çamadanı və "nəhəng" Hermès Birkin çantası ilə diqqət çəkib.


Qeyd edək ki, 2023-cü ildə Şakiranın Luis Hemiltonla eşq münasibətləri barədə ilk şayiələr yayıldı. Cütlük Mayamidəki Cipriani restoranında görüntülənmişdi və oradan yaxta kruizinə çıxmışdılar. Jurnalistlər həmçinin Şakiranın yarış sürücüsü ilə romantik Karib dənizi tətili planlaşdırdığını da bildirmişdilər.


Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью