Kim Kardaşyana verilən təzminat şok yaratdı

21.09.2026

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kim Kardaşyanın 10 il əvvəl Parisdə silahlı qarətə məruz qalması ilə bağlı məhkəmə prosesi başa çatıb.

“Yeni Sabah” xəbər verir ki, 2016-cı il oktyabrın 3-də beş maskalı şəxs Kardaşyanın qaldığı lüks otelə daxil olaraq onu silahla hədələyib və 6 milyon dollar dəyərində zinət əşyaları oğurlayıb.

Oğurlanan əşyalar arasında həmin vaxt həyat yoldaşı olan Kanye Uestin hədiyyə etdiyi 4 milyon dollarlıq brilyant nişan üzüyü də olub. Marqarita pizza

İllərdir davam edən məhkəmə prosesinin sonunda Kardaşyana maddi zərərə görə cəmi 1 avro təzminat ödənilməsi qərara alınıb. Hadisə zamanı oteldə olan rəfiqəsi Simone Harouche üçün də eyni məbləğ müəyyənləşdirilib.

Kardaşyan və Harouche qərardan sonra “People” jurnalına açıqlamalarında Fransa ədliyyəsinə minnətdarlıqlarını bildirərək 2016-cı il hadisəsinin qurbanları kimi tanındıqlarını qeyd ediblər.

Aydan Hacı


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью