GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Erməni əsilli amerikalı şou ulduzu Kim Kardaşyanın ABŞ Prezidenti Donald Trampın qızı İvanka Trampla bağlı paylaşımı maraqla qarşılanıb.
Globalinfo.az xəbər verir ki, Kardaşyan Trampın qızı ilə keçmiş fotolarından birini sosial şəbəkə hesabında paylaşaraq onu doğum günü münasibətilə təbrik edib.
Onun paylaşımı ABŞ ictimaiyyətində müzakirələrə səbəb olub və birmənalı qarşılanmayıb. Belə ki, Kardaşyan Donald Trampı ikinci dəfə prezident seçilməsindən sonra həyata keçirdiyi miqrasiya siyasətinə görə sərt tənqid edib. Hətta Kardaşyan və Tramp ailəsi arasında illərdir mövcud olan dostluq və iş münasibətlərinin bu səbəbdən gərginləşdiyi bildirilir.
Lakin bundan qısa müddət sonra İvanka Trampa Kim Kardaşyanın qısa ara ilə bir-birilərinin doğum günlərini təbrik etmələri maraqla qarşılanıb.
Qeyd edək ki, onların artıq 10 ildən çoxdur dostluq etdikləri bildirilir.
Əliyar Xəlil
Globalinfo.az