Kim Min Je “Bavariya”dan ayrılır?

25.10.2026

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bavariya”nın müdafiəçisi Kim Min Je karyerasını başqa klubda davam etdirə bilər.

Apasport.az xəbər verir ki, cənubi koreyalı futbolçunun xidmətində dörd klub maraqlıdır.

Bu barədə “Sky Sports” nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, “Arsenal”, “Milan”, “Tottenhem” və “Aston Villa” artıq 29 yaşlı müdafiəçi üçün Münhen təmsilçisinə təklif göndəriblər.

Kim Min Jenin “Bavariya” ilə müqaviləsi 2028-ci il iyunun 30-na qədər qüvvədədir. Asiyalı futbolçu isə hələlik gələcəyi ilə bağlı yekun qərarını verməyib.

Qeyd edək ki, Kim Min Je karyerası ərzində Cənubi Koreyanın “Dooryonq”, “Yeonço”, “Suvon” və “Jonbuk”, Çinin “Beyjinq Quan”, Türkiyənin “Fənərbaxça” və İtaliyanın “Napoli” klublarında çıxış edib.

“Bavariya”nın baş məşqçisi huşunu itirib, helikopterlə xəstəxanaya çatdırılıb Konte gələcəyi ilə bağlı iddialara aydınlıq gətirdi Oliver Kan: “Harri Keyn "Qızıl top"a layiqdir” “Roma”nın kapitanı sıradan çıxdı - 2 ay oynamayacaq Müflis olan klub 250 min avroya tarixi adını və loqosunu geri aldı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью