“Kimə nə lazımdırsa, götürsün” Elgiz Əkbər orqanlarını bağışladı VİDEO

12.02.2026

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Aparıcı Elgiz Əkbər vəsiyyətini açıqlayıb.

Bakupost.az xəbər verir ki, o, bu barədə “Elgizlə izlə” verilişində danışıb.

Azərbaycanda bu cür vəsiyyəti ilk dəfə özünün etdiyini vurğulayan aparıcı mərhum deputat Qənirə Paşayevanı da xatırladıb:

“Allah Qənirə Paşayevaya qəni-qəni rəhmət eləsin. Vəsiyyətimi açıqladığım gün o, verilişdə qonaq idi. Verilişdən əvvəl bu məsələni müzakirə etdik və mən ona bildirdim ki, efirdə bunu elan edəcəyəm. Həmin gün o da Milli Məclisdə bu barədə açıqlama verdi.

Mən könüllü şəkildə demişəm ki, vəfat edəndən sonra kimə nə lazımdırsa, götürsün. Artıq insan dünyasını dəyişib, o orqanları torpaq altında nə edəcəyəm? Bəlkə kiminsə ürəyə ehtiyacı var – yaşasın.Bəlkə gözüm kiməsə lazım olar – görsün. Torpağın altında onları nə edəcəm?”

Yasəmən, BakuPost




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью