Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Sözün bitdiyi an" proqramının aparıcısı Nigar Fərhadın sözləri müzakirərələrə səbəb olub.
Belə ki, onun "Mən oğluma atası olmayan qızı ala bilmərəm" fikri birmənalı qarşılanmayıb.
Kulis.az Ömər Xəyyamın mövzu ilə bağlı "Onlar arxadan havlar...lar-lar-lar-lar-lar-lar..." yazısını təqdim edir.
Öz aramızdır, o qızın üstünə düşmək, yaxud onu xalq düşməni çıxarmaq əzilmiş eqoların yemlənmə aktıdır.
Düzdür, onu söymək, linç etmək də sizin ifadə azadlığınızdır, fəqət mən prosesin niyyətindən, mahiyyətindən danışıram.
Ki, o, bu məsələdə tamamilə haqlıdır. Harada oxuyub, haranı qurtarıb... - özü bilər, di gəl, sırf bu məsələdə haqlıdır.
Nigar xanım elə fikirləşir. Fikirləşir ki, oğlu olsa, filankəsin qızına elçi düşməz, - bu, onun düşüncəsidir, sizinki isə...