Kimin çörəyini yeyirəm? Yusif Mustafayevdən mesaj

18.11.2026

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əməkdar artist Yusif Mustafayev uzunömürlü olmaq arzusunu dilə gətirib, onu sevməyənlərə isə mesaj göndərib.

Qaynarinfo xəbər verir ki, sənətçi bundan sonra hələ ən azı 20 il yaşamaq istədiyini deyib və ailəsində uzunömürlülərin olduğunu vurğulayıb:

“Atam rəhmətlik 88 yaşında dünyasını dəyişib. Atamı anam olmadığı üçün itirdik. Bizim nəsil uzunömürlüdür. Mən Allahdan 90 il ömür istəmişəm”.

Yusif Mustafayev onu sevməyənlərə də mesaj göndərib:

“Mənim yaşamağımı kim istəmir? Kimin başına daş salmışam? Kimin çörəyini yeyirəm? İnsanlara xeyrim dəyir”.

Qeyd edək ki, Əməkdar artist Yusif Mustafayev 1955-ci ildə anadan olub. Onun hazırda 71 yaşı var.

Bahar Rüstəmli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью