Kimin hərbçiləri Mariupol və Xarkovda: | Icma.az
Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Nazariy Kişak: “Onlar bölmələr şəklində ayrılırlar, döyüş hissələrini gücləndirirlər” Pavel Luzin: “Rusiya mümkün olan bütün vasitələrdən istifadə edərək boşluqları doldurmağa çalışır” Şimali Koreya ordusunun texniki məsləhətçiləri Ukraynanın işğal olunmuş Mariupol şəhərinə yerləşiblər.
Şimali Koreyadan olan digər hərbçi dəstəsi isə isə Xarkov vilayətinin şərqində görünüb.
Bu barədə Ukrayna təhlükəsizlik güclərindəki mənbə CNN-ə bildirib.
Kanalın həmsöhbətinin sözlərinə görə, Şimali Koreya hərbçilərinin Mariupola gəlişinin məqsədi müəmmalıdır.
Onu da qeyd edib ki, hərbçilər Rusiyaya aid hərbi geyimdə olublar.
Mənbə bildirib ki, Şimali Koreyadan olan hərbçilər Mariupolda dəstək verdikləri Rusiya hərbi bölmələrindən ayrı yerləşirlər.
Rusiya ordusundakı digər əcnəbi döyüşçülər adətən yerli bölmələrdə yerləşdirilsə də, Şimali Koreya hərbçiləri ayrı mənzillərdə yerləşdirilib, yeməkləri ayrıdır.
Tam oxu
Xəbəri oxu