Icma.az, Axsham.az saytına istinadən bildirir.
Aparıcı Rövşanə Ağasəfqızı özəl bağçaların fəaliyyətini tənqid edib.
Axşam.az xəbər verir ki, o, verilişində bağçalarda çalışan pedaqoqların seçimi və peşəkarlığı ilə bağlı bunları bildirib:
“Kiminsə tanışı, pulu varsa, yaxşı bir yer kirayələyib bağça açır. Bəs bu pedaqoqlar necə seçilir? Onların bilikləri yoxlanılırmı? Təkmilləşdirmə kurslarından keçirlərmi? Əlavə elmi biliklərini artırırlarmı? Pedaqoji biliklərini inkişaf etdirirlərmi? Açığı, bu məsələlərlə bağlı içimdə şübhələr var”.