“Kiminlə oynadığımızı bilirdik” Şaqoyko

22.07.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Konfrans Liqasının II təsnifat mərhələsinin “Neftçi” – “Dinamo” (Minsk) oyunundan (2:4) sonra qonaq komandanın baş məşqçisi Aleksandr Şaqoyko jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:

– Oyundan əvvəl desəydilər ki, “Neftçi”ni 4:2 hesabıyla məğlub edəcəksiniz”, buna inanardınız?
– Məqsədimiz mərhələ adlamaqdır. Oyunun əvvəlində erkən qollar buraxacağımızı düşünmürdük. Ümumilikdə, 4 qol vurmağımız, qələbə qazanmağımız əladır. Kiminlə oynadığımızı bilirdik. Xoşbəxtəm ki, belə nəticə qazandıq.

– Ötən mövsüm avrokubok oyunlarınızı Azərbaycanda keçirdiniz. Bu, bugünkü matça nə dərəcə təsirini göstərdi?
– Necə cavab verəcəyimi bilmirəm.

– “Neftçi”nin oyunu çevirə biləcəyini düşünürsünüz?
– Hələ heç nə bitməyib. Super üstünlüyümüz yoxdur. Növbəti matça ciddi hazırlaşacağıq. Hansı komandaya qarşı oynayacağımızı bilirik. İki toplu fərq təhlükəlidir. Oyuna böyük ciddiyətlə hazırlaşacağıq. Yenə deyirəm, məqsədimiz mərhələ adlamaq və yolumuza davam etməkdir.

– “Neftçi”ni keçə bilməsəniz, faciə sayılacaq?
– Bizim üçün istənilən məğlubiyyət faciədir. Meydana yalnız qələbə üçün çıxırıq. Mərhələni keçə bilməsək, çox pis olaram.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью