Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında budəfəki mövzu qonşunun evinə icazəsiz girməklə bağlıdır.
Başqasının evinə icazəsiz daxil olmağın cəzası nədir?
Lent.az xəbər verir ki, Cinayət Məcəlləsinin 157-ci maddəsinə əsasən, şəxsin mənzil toxunulmazlığı hüququnun pozulması cinayət məsuliyyəti yaradır.
Bu hüququn pozulması üçün evdən hər hansı bir əmlakın oğurlanması vacib deyil. Bu cür əməllərə görə şəxs min manatdan iki min manata qədər cərimə, iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.