Kiminsə kiminləsə şəxsi qərəzliyi yoxdur Siyavuş Novruzov

27.11.2024

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Burada diskussiya gedir. Parlament diskussiya yeridir. Diskussiya aparmalıyıq və həqiqəti tapıb müəyyən qanun qəbul etməliyik. Ona görə də bu diskussiyaya normal baxmaq lazımdır və normal qeyd etmək lazımdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.

"Kim nə cür yazır yazsın, söhbət ondan getmir. Kiminsə kiminləsə şəxsi qərəzliyi yoxdur. Bizim hamımızın marağımız dövlət başçısının apardığı siyasət, onun müdafiəsi, dövlətimizin gücüdür", - deyə komitə sədri bildirib.

Anar Kəlbiyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью