Kimlə də görüşmək istəyir

16.11.2026

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində Şimali Koreya lideri Kim Çen In ilə danışıqlar aparmaq ehtimalını istisna etməyib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

“Biz Çinə gedirik və orada Prezident Si Cinpin ilə görüşəcəyik. O, bir ay əvvəl burada – ABŞ-də idi. Həmçinin Prezident Putinlə, bəlkə də Kim Çen In ilə görüşəcəyik... Çox şeyə nail olmaq şansımız var”, - deyə o bildirib.

Qeyd edək ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti 17–19 noyabr tarixlərində Çinin Şençjen şəhərində keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью