Icma.az, Sherg.az portalına istinadən məlumat yayır. Yuxuları xatırlaya bilmək, yuxudan oyananda gördüklərinin, heç olmasa, kiçik bir hissəs
ABŞ-də aparılan bir araşdırmaya görə, böyüklərin yalnız 11 faizi yuxularını demək olar, hər zaman xatırlaya bilir.
Bəziləri üçün bunun niyə daha asan olduğu, əslində, sirr olaraq qalır.
“Sherg az” “tr.mashable.com”a istinadən yuxuları daha yaxşı xatırlamaq üçün müyyən vasitələri təqdim edir.
İtaliyadan bir qrup elm adamı, yuxu təcrübəsindən təəssürat və xatirələrlə səhər yuxudan oyanma ehtimalına təsir edə biləcək fərdi xüsusiyyətləri və xarici amilləri müəyyən etdiklərini iddia edirlər.
Lukadakı IMT Təkmil Araşdırmalar Məktəbinin psixologiya professoru və tədqiqatın aparıcı müəllifi professor Stefano Rozkova deyib ki, tapıntılar yuxuların xatırlanmasının sadəcə bir təsadüf məsələsi deyil, həm də şəxsi münasibətlərin, idrak xüsusiyyətlərinin və yuxu dinamikasının qarşılıqlı təsirinin əksi olduğunu göstərir.
Detallara keçməzdən əvvəl yuxunun nə olduğuna qısaca nəzər salaq.
Yuxu, yatarkən ağlımızın yaratdığı və əslində, hamımızın hər gecə yuxuda gördüyü şəkillər və əlaqəli düşüncələr, duyğular və hisslər silsiləsi.