Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bir çox hallar var ki, o hallarda işəgötürən işçini işdən çıxarda bilər.
Bəs hansı hallarda, kimlər işdən çıxarıla bilməz.
Bu barədə Gununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.
O, bu barədə deyib:
“Hamilə qadınlar, üç yaşına qədər uşaq böyüdən qadınlar, üç yaşınadək uşağı təkbaşına böyüdən kişilər, yeganə qazanc yeri həmin müəssisə olan və məktəbəqədər yaşadək təhsil alan uşağı olanlar, əmək qabiliyyətini müvəqqəti itirənlərin əmək müqaviləsi ləğv edilə bilməz. Bundan başqa, hansısa siyasi partiyaya və həmkarlar ittifaqına üzv olduğuna görə işdən çıxarıla bilməzlər. Ezamiyyət və məzuniyyətdə olan şəxslər də işdən azad oluna bilməzlər”.
Orxan